preloader.jpg

(050) 444 50 50

İşinizi peşəkarlara həvalə edin.

  • +994 50 965 28 29

  • info@reference.az

  • S.S. Axundov küç. 277

  • Bakı, Azərbaycan

  • 09:00 - 18:00

  • Bazar ertəsi - Cümə

  • +994 50 965 28 29

  • info@reference.az

  • S.S. Axundov küç. 277

  • Bakı, Azərbaycan

  • 09:00 - 18:00

  • Bazar ertəsi - Cümə

Son Paylaşımlar

Mühasibatlıq xidməti şirkətinin vergi və sosial ödənişləri necə hesablanmalıdır?

09 Jul 2023

Sahibkarların istifadə etdiyi kompüter hansı aktivlərə aiddir?

09 Jul 2023

Sahibkarların istifadə etdiyi kompüter hansı aktivlərə aiddir?

09 Jul 2023

Bizə Sualınız Var?

Audit, vergi uçotu, konsaltinq və bir çox xidmətlər sahəsində peşəkar olan komandamızla əlaqə saxlayaraq suallarınıza cavab tapa bilərsiniz.

Ətraflı

09 Jul 2023

Mühasibatlıq xidməti şirkətinin vergi və sosial ödənişləri necə hesablanmalıdır?

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.