Peşəkar komandanın uğur yolu.
2017-ci ilin noyabr ayında Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən təsis olunan “Reference Group” MMC “Maliyyə və Mühasibatlıq Bürosu” ölkə iqtisadiyyatının sahibkarlıq sferasında hesabatlılıq səviyyəsinin artırılması, mühasibatlıq problemlərinin həllərinin tapılması, uçot mexanizmlərinin təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərir. Şirkətdə istehsalat, ticarət və xidmət sahəsində peşəkar təcrübəyə malik komanda fəaliyyət göstərir.
Müştərilərimizə dəqiq və keyfiyyətli xidmət göstərmək üçün innovativ imkanlardan, ən müasir tələblərə uyğunlaşdırılmış proqram təminatlarından və texnoloji avadanlıqlardan istifadə edirik. Şirkətimiz rəhbərlik səviyyəsində mütəxəssislərin fəaliyyətini müntəzəm olaraq izləyir və onlara işin keyfiyyətli təşkili üçün bilik və bacarıqlarını təkmilləşdirməkdə köməklik göstərir.
İqtisadiyyatımızın bünövrəsi sayılan sahibkarlıq və yerli istehsalat subyektlərinin davamlılığının, dinamikasının qorunması üçün maliyyə və mühasibatlıq sahəsində yüksək keyfiyyətlərə malik xidmətlər təqdim etmək başlıca vəzifəmizdir. Şirkətimiz Azərbaycanda biznes və maliyyə strukturunun beynəlxalq standartlara cavab verə bilməsi, beynəlxalq idarəetmə və uçot mexanizmlərinin qurulması, hesabatlıq səviyyəsinin yüksəldilməsi üçün müasir həllər təklif etməkdədir.
Missiyamız beynəlxalq mühasibat uçotu standartlarını tətbiq etmək və mühasibatlıq sferasında ölkəmizin öndə gələn şirkətlərindən birinə çevrilməkdir.

Direktor
“Reference Group” MMC Maliyyə və Mühasibatlıq Bürosunun direktoru Fuad Səlimov 19 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 2001-ci ildə liseyi bitirib, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsinə daxil olmuşdur. 2009-2011 ildə Vergiler Nazirliyində bəyannamə və audit şöbəsində çalışmış və 2011-2017 Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda baş mühasib kimi fəaliyyət göstərmişdir. 2015-ci ildən etibarən vergi və mühasibatlıq sahəsi üzrə təlim verən mütəxəssisdir. 2017-ci ildən “Reference Group” şirkətində direktor vəzifəsində çalışır.
«Reference Group» Sizə sürətli təklif almağınız üçün asan şərait yaradır. Tez bir zamanda təklif almağınız üçün aşağıda göstərilən xanalarda ad və soyadınızı, əlaqə saxlayacağımız nömrə, e-ünvanınızı və təklif almaq istədiyiniz bölümü seçərək bizə göndərin əməkdaşlarımız sizinlə əlaqə saxlasınlar.
Zəng edin: Audit, vergi uçotu və vergitutma, konsaltinq və bir çox xidmətlər sahəsində peşəkar olan komandamızla əməkdaşlıq etmək üçün +99450 965 28 29 / +99470 965 28 29 nömrələrinə zəng edərək görüş təyin edə bilərsiniz.