Xarici ölkə vətəndaşı Azərbaycanda VÖEN ala bilərmi?
Şirkətin adı dəyişdikdə hansı sənədlər tələb olunur?
Şirkətin adı dəyişdikdə hansı sənədlər tələb olunur?
Audit, vergi uçotu, konsaltinq və bir çox xidmətlər sahəsində peşəkar olan komandamızla əlaqə saxlayaraq suallarınıza cavab tapa bilərsiniz.
Ətraflı
10 Jul 2023
Mən xarici ölkə vətəndaşıyam, Azərbaycanda müvəqqəti yaşama icazəm var. Bakıda özümə kiçik biznes qurmaq istəyirəm. Mənə VÖEN hesabı açmaq olarmı? Qayda necədir?
Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək “Fiziki şəxsin uçotu haqqında ərizə” və həmin ərizəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin sürəti ilə yaşadığı yer üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alına bilər.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydaları.